• STOKLAR TEZLİKLƏ YENİLƏNƏCƏK
  • SƏBRİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK!

Mouse skates nədir və nə vaxt dəyişmək lazımdır?

Mouse skates (glide) mouse-un altındakı kiçik ayaqcıqlardır. Mouse-un mousepad üzərində necə sürüşdüyünü, nə qədər asan hərəkətə başladığını və necə dayandığını məhz onlar müəyyən edir.


Skates növləri

Skates seçərkən modelinizə uyğun ölçü və qalınlığa diqqət edin. Çox qalın skates sensorun səthdən məsafəsini dəyişə bilər. Şüşə skates isə əyilmədiyi üçün mouse-un alt hissəsi tam düz olmalıdır, əks halda yaxşı oturmaya bilər.

  • PTFE skates — ən geniş yayılmış növdür, hamar və proqnozlaşdırıla bilən sürüşmə verir. Kənarları yumrulanmış (bevel) modellər mousepad-in kənarına və tikişinə ilişmir. Əksər istifadəçilər üçün uyğundur.
  • Nöqtəvari (dot) skates — kiçik dairəvi skates-dir və demək olar ki, istənilən mouse-a yerləşdirilə bilər. Səthə toxunma sahəsi az olduğu üçün mouse daha asan hərəkətə başlayır. Universal həll axtaranlar üçün uyğundur.
  • Şüşə skates — çox az sürtünmə ilə sürətli və hamar sürüşmə verir, demək olar ki, aşınmır. Lakin sərt və şüşə mousepad-lərdə səs çıxara bilər. Maksimum sürət istəyənlər üçün uyğundur.


Nə vaxt dəyişmək lazımdır?

  • Mouse əvvəlkindən ağır və ya qeyri-bərabər sürüşürsə.
  • Skates-in kənarlarında cızıq, qopma və ya kir yığılması varsa.
  •  Mouse yerə düşüb və skates-də əzik yaranıbsa.
  • Yeni mouse-un standart skates-i sizə yavaş gəlirsə.


Necə quraşdırılır?

1. Köhnə skates-i nazik plastik alətlə ehtiyatla qaldırın — metal alət korpusu cıza bilər. Saç qurutma maşını ilə yüngül isitmək yapışqanı yumşaldır.
2. Qalan yapışqanı təmizləyin, səthi izopropil spirtli salfetlə silin və qurumasını gözləyin.
3. Yeni skates-i düz yerləşdirin və hər birini 10–20 saniyə sıxın.
4. İlk bir neçə saat PTFE skates səthə "alışır" və sürüşmə daha da hamarlaşır.


Qısa nəticə

Skates mouse-un hissini dəyişməyin ən ucuz və ən təsirli yoludur. Modelinizə uyğun ölçünü seçmək üçün bizimlə əlaqə saxlayın.

Aksesuarlar — mağazada

Hamısına bax
Mouse skates nədir? PTFE və şüşə skates | 8008 Gear