• STOKLAR TEZLİKLƏ YENİLƏNƏCƏK
  • SƏBRİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK!

mousepad seçimi: sürət, nəzarət və ölçü

Mousepad çox vaxt düşünülməyən hissədir, amma mouse-un hərəkət hissinə ən çox təsir edən avadanlıqlardan biridir. Eyni mouse fərqli mousepad-də tamamilə başqa hiss verir.


Səth növləri

  • Speed (sürətli) — bu səthdə sürtünmə azdır, iti və geniş hərəkətlər asanlaşır. İzləmə (tracking) tələb edən işlər üçün uyğundur.
  • Balance (balanslı) — bu səthdə mouse asan hərəkətə başlayır və sabit dayanır. Ən universal seçimdir.
  • Control (nəzarət) — bu səthdə sürtünmə çoxdur, dayanma daha dəqiqdir. FPS oyunları üçün uyğundur.

Parça, hibrid və şüşə

Parça mousepad-lər yumşaq, səssiz və nəzarətlidir. Hibrid (örtüklü) səthlər daha sürətlidir və rütubətə az həssasdır.
Şüşə mousepad-lər ən sürətli və ən uzunömürlü seçimdir, amma sərt hiss verir, səs çıxara bilər və daha bahadır.


Başlanğıc və dayanma

Mousepad-ləri iki hisslə müqayisə etmək rahatdır: mouse-u yerindən tərpətmək nə qədər asandır (statik sürtünmə) və hərəkət zamanı nə qədər rahat dayanır (dinamik sürtünmə). Buna görə də nişan alma üslubunuz dəqiq dayanmaya əsaslanırsa, control və ya balance səth seçin.


Rütubət və istilik

İsti və rütubətli havada, eləcə də əl tərlədikdə parça mousepad-in sürəti dəyişə bilər. Xüsusilə yay aylarında bu sizə mane olursa, hibrid və ya şüşə səthə üstünlük verin.

Daban və qalınlıq

Keyfiyyətli köpük və ya poron taban masaya sıx yapışır və bərabər yumşaqlıq verir. Qalınlıq adətən 3–5 mm olur: qalın mousepad daha yumşaq, nazik isə daha sabit hiss verir.


Ölçü

Aşağı həssaslıqla (geniş qol hərəkətləri ilə) oynayırsınızsa, ən azı 450×400 mm ölçü seçin. Masa imkan verirsə, 490×420 mm və ya daha böyük ölçülər daha çox sərbəstlik verir. Biləklə oynayanlar üçün isə kiçik ölçü də kifayətdir.


Kənarlar və qulluq

Tikişli kənarlar mousepad-in cırılmasının qarşısını alır. Tikişin səthdən bir az aşağıda olması isə qolda iz qoymur.
Parça mousepad-i vaxtaşırı sərin su, az miqdarda yumşaq sabun və sadəcə əl ilə təmizləyin, sonra düz yerdə qurudun. Paltaryuyan maşına salmayın və ütüləməyin. Hibrid və şüşə səthləri isə nəm salfetlə silmək kifayətdir.


Qısa nəticə

Hansı səthi seçəcəyinizi bilmirsinizsə, balanslı parça səthdən başlayın — əksər istifadəçilər üçün ən təhlükəsiz seçimdir. Sualınız olsa, bizimlə əlaqə saxlayın.

Mousepad — mağazada

Hamısına bax
mousepad necə seçilir: sürət və nəzarət | 8008 Gear